Trampın vertolyotu təcili eniş etdi

ABŞ Prezidenti Donald Trampın vertolyotu Böyük Britaniyada, Luton hava limanında təcili eniş edib.

Olaylar.az xəbər verir ki, Daily Mail nəşrinin məlumatına görə, insident Tramp və həyat yoldaşının Çekers iqamətgahından Stensted hava limanına uçuşu zamanı baş verib. Prezident burada Britaniya Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransı keçirmək üçün səfərdə idi.

Vertolyotda hidravlik sistemində yaranan problem səbəbindən pilotlar təhlükəsizlik məqsədilə Luton hava limanına eniş etməyə qərar veriblər. Orada Tramp və birinci xanım ehtiyat vertolyota keçərək səfərlərinə davam ediblər.

Texniki nasazlıq heç bir itki və ya xəsarətə səbəb olmayıb. Prezidentin uçuşu təyinat yerinə cəmi iyirmi dəqiqə gecikmə ilə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31