Çin: BMT Təhlükəsizlik Şurasında veto hüququnu ehtiyatla istifadə edirik- ÖZƏL
12:51 DünyaÇin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququndan istifadə məsələsində xüsusi məsuliyyət daşıdığını bildirib və ölkənin bu hüququ həmişə ehtiyatla və məsuliyyətlə istifadə etdiyini vurğulayıb. Olaylar.az xəbər verir ki, nazirliyin sözçüsü açıqlamasında, Çin tərəfinin bundan sonra da eyni prinsiplə hərəkət edəcəyini qeyd edib.
BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl Təhlükəsizlik Şurasının reformaya ehtiyacı olduğunu, çünki onun hazırkı tərkibinin 1945-ci ilin reallıqlarını əks etdirdiyini və bu səbəbdən legitimlik və effektivlik problemləri yaratdığını söyləmişdi. O, xüsusilə Fransa və Böyük Britaniyanın veto hüququnun məhdudlaşdırılması təkliflərinə "maraqlı" yanaşdığını bildirmişdi. Avqust ayının sonunda Rusiya Prezidenti Vladimir Putin Sinhua agentliyinə verdiyi müsahibədə, Moskva və Pekinin BMT-nin reformasını dəstəklədiyini, xüsusilə Asiya, Afrika və Latın Amerikasının Təhlükəsizlik Şurasında təmsilçiliyinin artırılmasını vacib hesab etdiyini söyləmişdi.