Maduro: ABŞ Venesuelada nəhəng enerji ehtiyatlarını talamaq istəyir

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı ölkəsində hakimiyyəti ələ keçirmək və dünyanın ən böyük neft, qaz və qızıl ehtiyatlarını mənimsəməyə çalışmaqda ittiham edib.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın bu planlarına qarşı Venesuelanın "güclü dövləti, qüvvətli hökuməti və iradəli xalqı" dayanır.

Maduro əlavə edib ki, hazırda Bolivarian respublikasının silahlı qüvvələri ölkənin ərazi sularında üçgünlük "Karib suverenliyi - 200" hərbi təlimlərini həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31