Paşinyanın II Qareginlə bağlı planı: elə bir ssenari yazılıb ki…
11:01 DünyaErmənistan Baş naziri Nikol Paşinyanın II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün planı tamamlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazıb.
"Hakimiyyət Ovanavanq monastırının keşişi Aram Asatryanın kilsə daxilində təzyiqlərə məruz qaldığı və müxalifətin mitinqlərində iştirak etməyə məcbur edildiyi barədə fikirlərindən istifadə edəcək. Paşinyan kilsəni qorumalı olduğunu deyəcək və addımlarını buna uyğun atacaq. Əgər Qaregin Aramı tənbeh etmək və ya vəzifədən kənarlaşdırmaq qərarına gəlsə, bu, Paşinyan üçün əsl "hədiyyə" olardı.
Belə ki, baş nazir bundan yola çıxaran kilsəyə hücum edəcək. Onun məqsədi kilsə ilə dövlətin dinc yaşaması deyil, bütün ermənilərin katolikosunu taxtdan salmaqdır", - deyə qeyd edilib.
Bundan əvvəl Nikol Paşinyanın "bütün ermənilərin katolikosu" seçkilərində öz namizədini dəstəkləməyə qərar verdiyi üzə çıxmışdı. O, Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək niyyətindədir.
Bir neçə gün öncə isə Ermənistan baş naziri II Qareginin istefası məsələsində güzəşt olmayacağını açıqlamışdı.