Kirkin qatili barədə məlumat üçün100 min dollar mükafat təyin edildi

Federal Təhqiqatlar Bürosu (FTB) amerikalı sağçı Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumat üçün 100 min dollara qədər mükafat təklif edib. Musavat.com xəbər verir ki, məlumat FTB-nin X hesabında yerləşdirilib.

Məlumatda qeyd olunur: "FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsinə və həbsinə səbəb olan məlumat üçün 100 min dollara qədər mükafat təklif edir".

Qeyd edək ki, prezident Donald Trampın qatı tərəfdarı olan Kirk dünən Yuta Valley Universitetinin kampusunda çıxışı zamanı güllələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31