Mariya Zaxarova amerikalı fəalın qətlini dəhşətli cinayət adlandırıb - ÖZƏL
16:49 DünyaRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib ki, amerikalı fəal Çarli Kirkin qətli dəhşətli bir cinayət hadisəsidir və cinayətkar, habelə bu qətldə iştirak edənlər dərhal tapılmalıdır.
"Biz cinayətkari və bu dəhşətli cinayətdə böyük ehtimalla əli olanları tapmalıyıq. Bunu kimin etdiyini anlamayana qədər, sadəcə olaraq, vaxtından əvvəl heç bir nəticə çıxara bilmərik", deyə diplomat qeyd edib.
Xatırladaq ki, Kirk ötən axşam Yuta ştatının Orem şəhərindəki universitetlərin birində çıxışı zamanı güllələnib. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. ABŞ prezidenti Donald Trampın tərəfdarı olan fəal, ABŞ-ın Ukraynaya hərbi yardımına qarşı çıxıb.
The Washington Post, çəkilişdən dərhal sonra Kirkin çıxışı etdiyi yerdəm 128 metr aralıda naməlum bir adamın binanın damı ilə qaçdığını göstərən 10 saniyəlik bir video yayımladı. Yaxınlıqda kiçik bir polis dəstəsi var idi.
Yerli polis jurnalistlərə bildirib ki, güllə uzaq məsafədən bina damından açılıb.