BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası sabaha təxirə salınıb
10 Sentyabr 23:36 DünyaBMT Təhlükəsizlik Şurası İsrailin Dohaya endirdiyi zərbə ilə bağlı sentyabrın 10-na planlaşdırılan fövqəladə iclası sabaha təxirə salıb.
"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu qərar Qətər hakimiyyətindən hökumət başçısı, əmirliyin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Taninin iclasda iştirak edə bilməsi ilə bağlı daxil olmuş müraciətlə əlaqədar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31