NASA Çin vətəndaşlarının agentlik proqramlarında iştirakını qadağan edib

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Çin vətəndaşlarının agentliyin kosmik proqramlarında işləməsinə qadağa qoyub.

"Report"un "Bloomberg" agentliyinə istinadla verdiyi məlumata görə, əvvəlki dövrdə bu qadağa yalnız ABŞ vizası olmayan Çin vətəndaşlarına şamil olunurdu.

Lakin ötən həftədən etibarən NASA Çin Xalq Respublikasının ABŞ vizası olan vətəndaşlarına da verilən verilənlər bazası, toplantılar və proqramlara çıxışı məhdudlaşdırıb.

NASA-nın mətbuat katibliyinin rəhbəri Betani Stivens: "NASA Çin vətəndaşlarına qarşı daxili tədbirlər görüb. Bu tədbirlərə bizim obyektlərimizə, materiallarımıza və şəbəkələrimizə fiziki və kiber girişin məhdudlaşdırılması daxildir. Məqsəd - fəaliyyətimizin təhlükəsizliyini təmin etməkdir", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31