Sarkisyan Paşinyanı devirməyin yolunu AÇIQLADI - "Zorakılıq və qətllər..."
20:33 DünyaErmənistanın sabiq prezidenti Serj Sarkisyan hakimiyyətin dəyişdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Sarkisyan hökumət və baş nazirə qarşı etimadsızlıq səsverməsinin ən düzgün yol olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq təcrübəyə baxdıqda iki əsas model mövcuddur:
"Dünya tarixində iki böyük hadisəyə şahid olduq - Nepalda və Fransada. Hökumətə etimadsızlıq göstərmək və ya impiçment elan etmək üçün iki yol var: Nepal modeli - zorakılıq və qətllər yolu ilə, Fransa modeli isə parlament vasitəsilə".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31