İsrailə silah embarqosu tətbiq olunsun - Vaqenknext
10 Sentyabr 2025 20:07 Dünya"Sara Vaqenknext" ittifaqının sədri Sara Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi zərbəsini pisləməyə və Təl-Əvivə silah tədarükünü qadağan etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə o X səhifəsində yazıb.
"Bu hərbi zərbədən sonra Almaniya hökumətinin silah embarqosunu genişləndirməsi və İspaniya kimi İsrailə qarşı tam silah embarqosu tətbiq etməyin vaxtı çatıb", - Vaqenknext bildirib.
O, həmçinin bildirib ki, Almaniya Fələstini suveren dövlət kimi tanımalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31