Fransada sosial ixtisarlar kütləvi etirazlara səbəb olub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada sosial xərclərin azaldılması əhalinin kütləvi etirazlarına gətirib çıxarıb. Sentyabrın 10-da Paris də daxil olmaqla ölkənin böyük şəhərlərində küçələrdə aksiyalar keçirilib, yollar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Polis ilə etirazçılar arasında toqquşmalar yaşanıb, son məlumatlara görə 200-dən çox nəfər saxlanılıb.

Politoloq Pavel Danilinin sözlərinə görə, bu proses faktiki olaraq ölkədə orta təbəqənin məhv edilməsi deməkdir:
"Fransada sosial xərclərin ixtisarı geniş əhali kütləsini orta sinifdən kənarda qoyur. Əslində, rifah dövləti konsepsiyasının sıradan çıxmasını müşahidə edirik. Orta sinif gözümüzün önündə yox olur və bunu fransızlar açıq şəkildə hiss edirlər".

O bildirib ki, orta təbəqənin zəifləməsi həm də qlobalist qüvvələrə və sosial təminatdan yerli vətəndaşlarla eyni dərəcədə faydalanan miqrantlara xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31