Mirzoyan: “Azərbaycanla sərhəd danışıqlarında yeni xəbərlər gözlənilir”
18:21 DünyaErmənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvləri ilə keçirilən sual-cavab sessiyasında Azərbaycanla münasibətlər və davam edən danışıqlarla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Mirzoyan Vaşinqtonda imzalanmış deklarasiyanı və sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandıraraq, bunun uzunmüddətli və diqqət, ehtiyatlılıq tələb edən bir proses olduğunu bildirib.
Nazir qeyd edib ki, hazırda blokadanın aradan qaldırılması istiqamətində işlər aparılır və sərhədin delimitasiyası ilə bağlı da yeni xəbərlər ola bilər. Onun sözlərinə görə, ABŞ tərəfdaşları ilə, xüsusilə də dəmiryolu və digər infrastruktur layihələri üzrə müzakirələr davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31