Peskov: Avropa ölkələrinin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa dövlətlərinin Ukrayna məsələsindəki mövqeyi barədə açıqlama verib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, indiyədək Avropa ölkələrinin ümumi xəttində hər hansı dəyişiklik müşahidə olunmayıb.

"Paris görüşündə 26 ölkə Ukraynaya kontingent göndərməyə hazır olduğunu bildirmişdi. Mənim əlimdə hansısa ölkənin mövqeyini dəyişdiyinə dair məlumat yoxdur. Bir sıra dövlətlər dərhal bəyan etdilər ki, onlar bu prosesdə heç bir halda iştirak etməyəcəklər. Bu kompozisiyada dəyişiklikdən xəbərim yoxdur", - deyə Peskov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31