Azarov: Polşadakı PUA insidentini Ukrayna təşkil edə bilərdi - ÖZƏL

Keçmiş Ukrayna baş naziri  Nikolay Azarov Polşanın hava məkanına PUA-ların daxil olması ilə bağlı insidentin arxasında Ukraynanın dura biləcəyini iddia edib. Olaylar.az xəbər verir ki,  Azarov " Moskva danışır" radiostansiyasına açıqlamasında bildirib ki, bunun Rusiyanın maraqlarına uyğun olmadığını düşünür: "Əminəm ki, bu, qəsdən Polşaya yönəldilən rus PUA-ları ola bilməz. Çünki Rusiya bu təxribatda heç bir halda maraqlı deyil. Bunun Ukrayna tərəfindən təşkil olunmasına isə şübhə yoxdur. Onlar bu cür təxribatlarda ixtisaslaşıblar. Hətta rus PUA-larına bənzər dronlar hazırlayıb, istənilən işarə yapışdıra bilərlər. Bu, yalan, aldatma və təxribat üzərində qurulmuş terrorçu rejimdir", - deyə Azarov qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən NATO açıqlamalarında PUA-ların hansı ölkəyə məxsus olduğunu vurğulamır: "Onlarda bunun rus PUA-ları olduğuna və qəsdən Polşaya göndərildiyinə dair yüzfaizlik əminlik yoxdur", - deyə keçmiş baş nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31