İran: Yeni saziş MAQATE müfəttişlərinə nüvə obyektlərinə giriş imkanı vermir

İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində ölkəsinin MAQATE ilə əldə etdiyi yeni razılaşmaya münasibət bildirib.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, saziş çərçivəsində agentlik müfəttişlərinə İranın nüvə obyektlərinə giriş imkanı hələ tanınmayıb.

Əraqçi qeyd edib ki, obyektlərə girişin xarakteri və şərtləri yalnız gələcək danışıqlar zamanı müəyyən ediləcək:

"Bu mərhələdə inspektorlara birbaşa giriş verilmir. Gələcək görüşlərdə bu məsələnin detalları müzakirə olunacaq".

Analitiklər hesab edirlər ki, Tehran beləliklə həm nüvə fəaliyyətlərini tam açıq saxlamır, həm də Qərblə danışıqlar üçün əlavə təzyiq aləti yaradır. Bu isə qarşıdakı aylarda İranla beynəlxalq ictimaiyyət arasında gərginliyi daha da artırmaq potensialına malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31