ABŞ-da Kremllə bağlı müəmma: Tramp nə istəyir?

"ABŞ Prezidenti Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etmək istəmir".

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "One America News"a müsahibəsində deyib.

"Prezident həm avropalılar, həm də ruslarla çox açıq danışdı. O, Moskvanı iqtisadi cəhətdən təcrid etmək üçün heç bir səbəb görmür. Tramp Ukraynada nizamlanmadan sonra Rusiya ilə bütün məhsuldar iqtisadi razılaşmalara açıqdır", - deyə o bildirib.

Bundan əvvəl Ağ Ev rəhbəri Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə hazır olduğunu təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31