Polşa: Hərbi qarşıdurma perspektivi İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyədədir – ÖZƏL
14:37 DünyaPolşa baş naziri Donald Tusk ölkənin hava məkanının pozulmasını şərh edərkən bildirib ki, böyük hərbi qarşıdurma perspektivi İkinci Dünya Müharibəsindən bəri heç vaxt olmadığı qədər yaxındır.
Olaylar.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Baş nazirin sözlərinə görə, ötən gecə baş verən pozuntular "təhlükəsizlik sahəsində daha geniş mənzərənin yalnız bir hissəsidir", çünki Rusiya və Belarus bu həftə sonu aqressiv hərbi təlimlər keçirməyi planlaşdırır.
Tusk əlavə edib: "Biz müharibə vəziyyətində olduğumuzu iddia etməyə heç bir əsas görmürük... amma mövcud vəziyyət əvvəlkilərdən xeyli təhlükəlidir."
O, həmçinin bildirib ki, NATO üzvlərinin ilkin siqnalları vəziyyətin ciddiliyini və Ukraynanın dəstəklənməsinin davam etdirilməsinin əhəmiyyətini göstərir.
Baş nazir Polşanın Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəklədiyini vurğulayaraq, bunun həmçinin Polşanın təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb etdiyini qeyd edib.