Polşa NATO-nun 4-cü maddəsini işə salmaq istəyib – ÖZƏL

Polşa NATO-nun 4-cü maddəsini işə salmağı xahiş edib. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı məlumat verib.

Məlumata görə, 4-cü maddə NATO üzv ölkələrinə Şimali Atlantika Şurasında məsələ qaldırmağa imkan verir. Ardınca konsltasiyalar aparılır ki, hansısa üzv ölkənin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid olunub-olunmadığı müəyyən edilsin.

Baş nazir bildirib ki, Polşaya görə bu provokasiya əvvəlkilərdən xeyli daha təhlükəlidir və bu, sadəcə Ukrayna üçün müharibə deyil, Rusiya tərəfindən bütün azad dünya ilə qarşıdurmadır.

Tusk əlavə edib ki, Polşa Silahlı Qüvvələri bir gecə ərzində ölkənin hava məkanına 19 pilotsuz uçuş aparatının daxil olduğunu qeydə alıb. Onlardan üçü və ya dördü Polşa və NATO təyyarələri tərəfindən vurulub.

Baş nazir qeyd edib ki, dronların əhəmiyyətli hissəsi Belarusdan gəlmişdi və son pilotsuz uçuş aparatı yerli vaxtla saat 06:45-də vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31