Ursula fon der Leyen: “Avropa İttifaqı ölkələri veto hüququndan imtina etməlidir” - ÖZƏL
13:21 DünyaAvropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin sessiyasında çıxış edərək, Avropa İttifaqı (Aİ) ölkələrinə xarici siyasət qərarlarında veto hüququndan imtina etməyi təklif edib. O, bu hüququ "birgə qərar vermənin əngəlləri" adlandırıb və xarici siyasət məsələlərinin ixtisaslaşdırılmış çoxluqla qəbul edilməsini təşviq edib.
Olaylar.az xəbər verir ki, Fon der Leyen bildirib ki, "Birgə qərar vermənin əngəllərindən imtina etməyin vaxtı çatıb", bu addım qərar qəbul prosesini sürətləndirəcək. Hazırkı Aİ qaydalarına görə, veto hüququndan imtina yalnız bütün üzv ölkələrin yekdilliyi ilə mümkündür. Lakin bu hüququn ləğvi Avropa Komissiyasına daha sərt və effektiv qərarlar qəbul etmək imkanı verəcək.
Həmçinin, Avropa Komissiyasının sədri çıxışında Aİ-də yeni Avropa qurmaq, üzv ölkələrin hərbi xərclərini monitorinq altına almaq və Rusiyanın dondurulmuş aktivlərinin mümkün şəkildə ekspropriasiyasına dair planları açıqlayıb.