Polşa hava məkanına 19 PUA daxil olub, 3-ü vurulub - ÖZƏL

Polşa hökumət başçısı Donald Tusk bildirib ki, sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanına 19 pilotsuz uçuş aparatı (PUA) daxil olub. Onlardan 3-ü Polşa HHQ tərəfindən məhv edilib.
Olaylar.az xəbər verir ki, Tuskun sözlərinə görə, hadisə barədə məlumatlar hələ tam yekun deyil:
"19 PUA-nın hava məkanımıza daxil olması qeydə alınıb və onların hərəkəti dəqiq izlənilib. Bu, ilkin göstəricilərdir", - deyə o, parlamentin aşağı palatasında (Seym) çıxışı zamanı bildirib.
Baş nazir əlavə edib ki, hava sərhədlərinin pozulması gecə boyu - sentyabrın 9-da saat 23:30-dan (Bakı vaxtı ilə 00:30) sentyabrın 10-u səhər saat 06:30-a (07:30) qədər davam edib. Onun sözlərinə görə, yeni vurulmuş PUA-lar barədə məlumatlar da daxil olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31