Moskva İsrailin Doha zərbələrinə etiraz etdi – Rusiya XİN-dən sərt bəyanat
12:53 DünyaRusiya Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi aviazərbələri kəskin şəkildə pisləyib.
Olaylar.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, bu hücumlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, həmçinin müstəqil dövlətin suverenliyi və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilir.
Moskva hesab edir ki, İsrailin bu addımı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirərək beynəlxalq birliyin Qəzza münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərinə zərbə vurur.
Rusiya tərəfi tərəfləri təmkinli olmağa və eskalasiyanı dayandırmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31