2007-ci ildə Şuşaya gedən xalq yazıçımız sirləri açdı: “Qukasyan orda iki şey istədi…”

 

Bir qədər əvvəl mətbuatda Azərbaycan ziyalılarının 2007-ci ildə Şuşaya getməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, həmin vaxt ziyalılar İrəvana da səfər edərək, o dönəmin Ermənistan prezidenti Robert Köçəryanla görüşüblər. Həmin heyətdə xalq yazıçısı Kamal Abdulla da yer alıb.

Globalinfo.az Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulladan həmin səfərlə bağlı müsahibə alıb.

Sözügedən müsahibəni təqdim edirik.

- Kamal müəllim, 2007-ci ildə bir neçə ziyalı Şuşaya səfər edib. Həmin şəxslər arasında siz də olmusunuz. Hətta Şuşa məscidini bərpa etməyə hazır olduğunuzu bildirmisiniz. İstərdik səfərlə bağlı ətraflı danışasınız.

- Bəli, 2007-ci ildə Şuşa işğalda olan zaman ora səfər etmişik və məscidin bərpası ilə bağlı təklif irəli sürmüşəm. O zaman Azərbaycandan və Ermənistandan olan ziyalıların görüşü baş tutmuşdu. Hər iki tərəfdən görüşə 5 ziyalı qatılmışdı. Bərdədən quru yolla Şuşaya getdik, ordan Xankəndiyə, daha sonra helikopterlə İrəvana yollandıq. İrəvanda Robert Köçəryanla görüşdük.

Ardınca eyni qrupla Bakıya gəldik. Burada isə Prezident İlham Əliyev onlarla birlikdə bizi qəbul etdi.

Görüş nə ilə bağlı təşkil olunmuşdu?

- Bu, xalq diplomatiyasının təzahürü idi. Belə səfərlər daha sonra intensivləşdi.

Görüş zamanı hansı mövzular müzakirə olunurdu?

- İrəvanda bizə deyirdilər ki, reallıqla barışın, gəlin birgə yaşayaq. Amma bizim Prezidentimiz erməniləri qəbul edəndə onların bu istəyinə kəskin şəkildə cavab verib, azərbaycanlıların heç vaxt bu mövqe ilə barışmayacağını dedi. Həmin an elə bil ermənilərin başına soyuq su tökdülər. Bunlar gözləyirdilər ki, biz də onlara hər şeyin yaxşı olacağını, qardaş kimi yaşayacağımızı deyəcəyik. Sağ olsun ölkə başçımız, onlara yerlərini göstərdi. Açıq şəkildə dedi ki, biz torpaqlarımızı geri qaytaracağıq. Dediyini də həyata keçirdi.

Polad Bulbul 1321

Polad Bülbüloğlu

- Torpaqlarımızın işğalda olduğu bir dönəmdə Şuşaya getmək necə hiss idi? Təəssüratlarınız maraqlıdır...

- Həmin vaxt Polad Bülbüloğlu yanıma gəlib dedi ki, Şuşaya səfər var, bizimlə getməyini istəyirəm. Hətta atasının evini görmək istədiyini vurğuladı. Bu, bir fürsət idi. Onda Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Azərpaşa Nemətov, İlhami və mən getdik. Qeyd edim ki, İlhami müəllim vaxtilə Şuşada mədəni abidələrin bərpası idarəsində müdir olaraq çalışmışdı. Oraları yaxşı tanıyırdı.

Şuşa o zaman ölü şəhər idi, arada ordan-burdan 2 nəfər çıxır, təəccüblə bizə baxırdı. Bizim də yanımızda silahlı dəstlər var idi. Guya bizi qoruyurdular. Məndə belə bir təsəvvür yarandı ki, bu adamlara bizim kimliyimizi deməyiblər. Amma Polad Bülbüloğlunu ermənilər tanıyırdılar deyə, elə bilirdilər, biz Qarabağa qayıtmışıq. Bizə qəribə baxırdılar. O gündən 13 il sonra doğrudan da öz torpaqlarımıza qayıtdıq.

- Bülbülün evində hansı mənzərə ilə qarşılaşdınız?

- Qeyd edim ki, Bülbülün evinə Cıdır düzü yolu ilə getdik. Həyətə daxil olanda gördük ki, orada Azərbaycandan gedən erməni ailə məskunlaşıb. Onlar da müqəssir kimi qarşımıza çıxdılar. O zaman tut hələ yetişməmişdi, amma mən Bülbülün həyətində olan kal tutdan yedim. Təsirli anlar idi... Hətta Ramiz Məmmədzadə mənim kal tut yeməyimlə bağlı şeir də yazmışdı.

- Bildiyimiz kimi, siz orada keçmiş qondarma rejimin ikinci lideri, hazırda Azərbaycanda istintaq təcridxanasında olan Arkadi Qukasyanla görüşmüsünüz. O da sizinlə birlikdə Bülbülün evinə getmişdi?

- Bizimlə Şuşaya yalnız 5 nəfər erməni ziyalısı getmişdi. Qukasyan və Köçəryan bizimlə deyildilər.

Həmçinin oxuyun:

Ermənistanın əsir götürdüyü şəxslər gördükləri işgəncələrlə bağlı danışdılar

- Daha sonra ermənilərlə Qarabağ və ya İrəvanda görüş təşkil olundu heç?

- Bəli, bu görüşlər sonralar yenə davam etdi. Amma hər dəfə erməni tərəfi şuluqluq salmağa çalışırdı ki, ya bu görüşlər baş tutmasın, ya da nəticəsiz olsun.

- Məsələn, nə edirdilər?

- Qarabağla bağlı danışırdıq, deyirdilər ki, "Qarabağdan danışmayaq, gəlin mədəniyyətdən danışaq". Biz də qalırdıq belə... 44 günlük Vətən müharibəsindən sonra elə bir fürsət oldu ki, biz onlarla Moskvada yenə görüşdük. Bu dəfə onlar Qarabağ haqda danışanda mən dedim ki, "Qarabağdan nəyə danışırıq, gəlin mədəniyyətdən danışaq". Bundan sonra olar söz tapıb deyə bilmədilər. Həyat bumeranqdır.

Kamal Abdulla rektor əvəzi ilə nəyin müzakirəsini aparır?- - İLGİNC İDDİALAR • Faktinfo.az

Kamal Abdulla

- Qukasyanla olan görüşünüz maraqlıdır.

- Qukasyan görüşdə bizə dedi ki, "deyin görək, Qarabağa qayıtsanız, bizə nə verəcəksiniz: neft, yoxsa kürü?" Guya zarafat edirdi. Dedim, vallah, biz nəyə malikiksə, siz də vətəndaşımız olaraq ondan yararlanacaqsınız. Hər halda bizim torpağımızda yaşayırsınız, əvvəllər də bir yerdə olmuşuq. O zaman məsələnin bu şəkildə həll olunmasını istəyirdik axı. Elə bilirdik səhv etdiklərini anlayarlar. Lakin onlar belə şeyləri ağıllarına da gətirmirdilər.

- Robert Köçəryanla görüşdə nə barədə danışdınız?

- Məni təəccübləndirən o oldu ki, Köçəryan görüşdə mənimlə Azərbaycan dilində danışdı. O, İlhamini görən kimi tanıdı. Bir-birlərindən bəzi adamları soruşdular. Köçəryan tanıdığı azərbaycanlıları, İlhami də erməniləri soruşdu.

- İlhami bəylə necə tanışlıqları olub?

- Onlar vaxtilə bir yerdə işləmişdilər deyə onu və digər azərbaycanlıları yaxşı tanıyırdı.

- Siz daha öncə də İrəvana səfər etmisiniz. Bu, nə vaxt olub?

- İlk dəfə 1988-ci il hadisələrindən sonra İrəvana getdim. Daha dəqiq desəm, 1989-cu ildə rəhmətlik Şirməmməd müəllimlə İrəvana getmişdik. Qeyd edim ki, bizdən sonra Ermənistana Azərbaycandan gedən təyyarə sonuncu oldu. Ordan da bir dəstə azərbaycanlıların yaşadığı rayonlardan birinci katiblər gəlmişdi. Onlar təklif edirdilər ki, xalqa heç nə edilməyəcəyinə dair vətəndaşları inandırın. Halbuki insanları çox narahat edirdilər. Biz Şirməmməd müəllimlə Gədəbəylə sərhədə - Krasnoselsk kəndinə getmişdik. O kəndləri gəzdik, insanlarla görüşdük, problemləri dinlədik. Ermənilər dildə deyirdilər ki, əhalinin orada qalmasını istəyirlər, amma əməldə başqa hərkət edirdilər. Bəzi qüvvələr insanların oranı tərk etməsini həyat keçirirdilər.

- İrəvanın küçələrini gəzə bildinizmi?

- Bəli, elə mən gəzdim oraları. Bizi o vaxt bir erməni müşayiət edirdi. Onunla teatr meydanına getdim. Çünki oranı görmək istəyirdim. Bildiyiniz kimi, bütün hadisələr - Azərbaycana qarşı olan mitinqlər və sair təxribat xarakterli əməllər orada keçirilirdi.

İrəvanda bir nəfər saatın neçə olduğunu soruşsaydı, cavab verə bilməyəcəkdim. Çünki elə ordaca məni tonqalda yandırardılar (gülür).

- İrəvanda diqqətinizi daha çox nə çəkdi?

- Teatr meydanını gördükdə bizim meydanla, ora gələn insanlarla müqayisə etdim. Təsəvvür edin, onlar bir-birilərinə nifrətlə baxırdılar, bizdə isə birinin ayağına basanda 10 dəfə üzr istəyirik. Ermənilərdə bunun tam əksidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31