Çinin zəlzələ bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edildi

Çinin zəlzələnin baş verdiyi bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.

Çin lideri zəlzələyə görə tapşırıqlar verdi

 
Olaylar.az CGTN-ə istinadən məlumatına görə, bu barədə ölkənin Dövlət Şurasının Fövqəladə Vəziyyətlərin İdarəolunması İdarəsi qərar verib.
Bildirilib ki, əhaliyə operativ dəstək göstərilməsi məqsədilə əraziyə xilasedicilər cəlb olunub.
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

6,8 bal gücündəki yeraltı təkanların episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31