“Putinin Ukrayna ilə bağlı danışıqlarda əsas üstünlüyü var” – ABŞ-nin keçmiş polkovniki – ÖZƏL
6 Yanvar 16:47 DünyaRusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlarda əsas üstünlüyə sahib olduğu bildirilib.
Olaylar.az xəbər verir ki, bu fikri ABŞ Silahlı Qüvvələrinin keçmiş polkovniki Daniel Devis Hindistanın Wion kanalına verdiyi müsahibədə səsləndirib.
"Acı həqiqət budur ki, danışıqlarda Donald Trampın və ya başqa bir şəxsin iştirak etməsi fərq etmir, çünki Vladimir Putinin bu prosesdə əsas üstünlüyü var," - deyə hərbi ekspert vurğulayıb.
Devis əlavə edib ki, Rusiyanın danışıqlar masasına əyləşməsi zəruri deyil. Onun sözlərinə görə, Moskva öz məqsədlərinə hərbi yolla da nail ola bilər. Buna qarşılıq, qeyri-legitim Ukrayna Prezidenti Vladimir Zelenski isə münaqişənin həlli üçün danışıqlara başlamağı düşünmək əvəzinə, qanunvericiliklə Moskvadan gələn hər hansı təklifi rədd edib. Ekspertin fikrincə, bu, Zelenskinin Qərb ölkələrinin maliyyə dəstəyinə arxalanmaq ümidindən irəli gəlir.