Qazaxıstan lideri virusla bağlı ajiotaj yaratmamağa çağırıb

İndi hamı yeni infeksiya haqda danışır. Ajiotaj yaratmağa lüzum yoxdur. Çinlə əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.

Olaylar xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada baş çəkdiyi Avrasiya Milli Universitetinin Tələbə evində etdiyi çıxışda ictimaiyyəti narahat edən metapnevmovirusa münasibət bildirərkən söyləyib.

Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib ki, oktyabrın 1-dən bəri respublika ərazisində laborator qaydada təsdiq olunmuş 30 metapnevmovirusa yoluxma halı qeydə alınıb.

Nazirliyin məlumatına görə, metapnevmovirus başlıca olaraq hava-damcı yolu ilə yayılır, bununla belə məişət-təmas yolu ilə yoluxma halları da olur. Əsas simptomlar: öskürək, burun axması, təngnəfəslik, qızdırma, baş ağrısıdır. Virusun xüsusi müalicə üsulu təsbit olunmayıb, əsasən simptomatik müalicə aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31