Mask Böyük Britaniyanı zülmdən azad etməyə çağırdı - ÖZƏL

Amerika Britaniyanı ölkə hakimiyyətinin zülmündən azad etməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask bildirib.

"Amerika Britaniyanı tiran idarəçiliyindən azad etməlidir" deyə sahibkar çağırıb. Bununla belə, o, Britaniyanın hazırkı Baş naziri Keir Starmerin hökumətini nəzərdə tutub-tutmadığına aydınlıq gətirməyib.

İş adamı bu ifadəyə razılıq sorğusunu da əlavə edib. Hazırda sorğuda 328,1 min istifadəçi səs verib, onların 66,9 faizi bəyanatı dəstəkləyib.

Daha əvvəl Mask ABŞ prezidenti Co Bayden administrasiyasını vətənə xəyanətdə ittiham etmişdi . Belə ki, o, hakimiyyətin miqrantlar üçün sərhədləri bilərəkdən açdığını yazan X istifadəçisinin dərcinə münasibət bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31