Ukrayna hakimiyyətindən provokasiya gözlənilir: İddialar nəyə işarə edir? – ÖZƏL

Ukrayna hakimiyyəti öz ərazisində provokasiya təşkil edə bilər ki, bununla bağlı bütün məsuliyyəti Rusiyanın üzərinə yıxsın. 

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksey Çepa "News.ru"ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, belə addımlar Kiyevə Qərb ölkələrinin diqqətini cəlb etmək üçün lazımdır. Çünki həm Ukraynanın, həm də Vladimir Zelenskinin populyarlığı sürətlə azalır. Hətta Zelenski yenidən seçilən ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilməyib.

"Onlar (Ukrayna hakimiyyəti - red.) elə bir vəziyyət yaratmaqda maraqlıdırlar ki, Qərb koalisiyası, hansı ki, hələ də Zelenskini dəstəkləyən müəyyən hissəsi mövcuddur, Rusiyanın addımlarını pisləsin. Bu, istənilən təxribat xarakterli hərəkət ola bilər", - deyə Çepa vurğulayıb.

O, əlavə edib ki, alternativ olaraq Kiyev Rusiyanın mühüm obyektlərinə hücum etməyə cəhd göstərə bilər. Bu hücumların xüsusilə Kursk vilayətindəki AES-ə qarşı həyata keçirilə biləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31