Fransada fermerlər Paris yaxınlığında şosse yollarını bağladılar - ÖZƏL
6 Yanvar 14:23 DünyaOlaylar.az xəbər verir ki, Fransalı fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə etiraz olaraq Paris yaxınlığındakı yolları bağlayıblar. BFMTV-nin məlumatına görə, aksiya iştirakçıları İspaniya sərhədinə gedən №10 yolunu və digər bir neçə əsas şosse xəttini traktorlardan istifadə edərək bloklayıblar.
Aksiya zamanı Le-Perre-en-Yvelines kommunasında səkkiz traktor və 20 fermer yollara maneə törədib. Bundan başqa, fermerlər Parisin şərqində, Almaniyaya gedən RN4 magistral yolunda da nümayiş keçiriblər.
Fermerlər bürokratik prosedurların azaldılmasını, Avropa İttifaqının gecikmiş subsidiyalarının ödənilməsini və gənc aqrar işçilərə daha çox dəstək verilməsini tələb edirlər. Həmçinin onlar Avropa İttifaqı ilə Mərkəzi və Cənubi Amerika ölkələrini birləşdirən MERCOSUR bloku arasında azad ticarət sazişinin dayandırılmasını istəyirlər.
Qeyd edək ki, Fransada fermerlərin etiraz aksiyaları hələ oktyabr ayında başlamışdı. Onlar hökumətdən daha çox dəstək və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.