“ABŞ-nin Ukrayna ilə bağlı təklifi Kremlin istehzalı reaksiyasına səbəb ola bilər” – ÖZƏL

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya Kiyevin NATO-ya üzvlüyünün 20 il müddətinə təxirə salınmasını təklif etsə, bu, Kremlin gülüşünə səbəb olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl "RIA Novosti"yə verdiyi müsahibədə danışıb.

"Bir çoxları deyir: "Biz Ukraynanın NATO-ya üzvlüyünü 20 ilə təxirə salarıq." Bu, sadəcə gülməlidir və onlar Moskvaya bununla gəlsələr, istehza ilə qarşılanacaqlar," - deyə jurnalist vurğulayıb.

Hinkl əlavə edib ki, indiyə qədər Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskvaya rəsmi təkliflər daxil olmayıb. Lakin jurnalist qeyd edir ki, Vaşinqtonun Moskvanın mövqeyini anladığını düşünmək çətindir.

Amerikalı jurnalist ABŞ-nin əsas məqsədinin Rusiya və Çin arasında qarşıdurma yaratmaq olduğunu bildirib. O qeyd edib ki, belə bir ssenari çərçivəsində ABŞ Ukraynanın NATO-ya üzvlüyünü təxirə salmağı təklif edərək, eyni zamanda Kiyevi gizli şəkildə silahlandırmağa davam edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31