Fransa XİN: Suriya Berbokla əl sıxmalı idi– ÖZƏL
6 Yanvar 2025 11:15 DünyaOlaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Suriya hakimiyyəti ilə əl sıxması onların səfərinin məqsədi olmasa da, o, belə bir jestin baş verməsini arzulayardı.
Bu barədə Barro RTL-ə verdiyi müsahibəsində danışıb və Suriya rəhbərliyinin Berboka əl uzatmaması ilə bağlı insidenti şərh edib.
"Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şəraa almaniyalı həmkarımın əlini sıxsaydı, xoş olardı? Cavab - bəli. Bu, səfərimizin məqsədi idimi? Cavab - xeyr," - deyə Barro qeyd edib.
Nazir əlavə edib ki, onun Dəməşqdə əsas narahatlığı Suriyada saxlanılan on minlərlə döyüşçünün taleyi və Bəşər Əsədin silahlarının yayılma riski ilə bağlı məsələlər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31