Trüdo partiya rəhbərliyindən gedə bilər– ÖZƏL
6 Yanvar 2025 10:08 DünyaOlaylar.az xəbər verir ki, Kanada Baş naziri Castin Trüdo bu gün, 6 yanvar tarixində Liberal Partiyasının liderliyindən istefa verə biləcəyini açıqlaya bilər. Bu barədə "The Globe and Mail" qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbələri Trüdonun dəqiq nə zaman çıxış edəcəyini bilməsələr də, onun partiya üzvlərinin yanvarın 8-də keçiriləcək görüşünədək istefa niyyətini açıqlayacağına əmindirlər.
"Onun dərhal istefa verəcəyi, yoxsa yeni lider seçilənədək baş nazir postunda qalacağı hələlik məlum deyil," - deyə mənbələr bildiriblər.
Bundan əvvəl Kanada dövlət telekanalı CBC məlumat yaymışdı ki, Liberal Partiyasından parlamentin üçdə birindən çox deputat Trüdonun istefasını tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31