Rusiya ATACMS-ları vurub, xəbərdarlıq etdi
4 Yanvar 21:33 DünyaS-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları Belqorod vilayətində Ukrayna ərazisindən atılan ABŞ istehsalı olan bütün ATACMS operativ-taktiki raketlərini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
MN-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələri yanvarın 3-də hücuma cəhd edib:
"Raket əleyhinə döyüş zamanı S-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları bütün ATACMS raketlərini vurublar".
Rusiya MN qeyd edib ki, Kiyev rejiminin Qərb kuratorları tərəfindən dəstəklənən hərəkətlərinə cavab olaraq cavab tədbirləri görüləcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31