Rusiyaya getmək çətinləşir: daha iki tələb…
4 Yanvar 21:31 DünyaRusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün 2025-ci il iyunun 30-dan onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil yaradılacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin qərarında bildirilib.
İyunun 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici ölkələrin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31