Ölkənin cənub-qərbində Fulani silahlı qruplaşmasının hücumu nəticəsində ən azı 5 Kamerun əsgəri həlak olub, daha 3 əsgər itkin düşüb.
Bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.
Fulani dəstəsi Akvaya şəhəri yaxınlığındakı ordu postuna hücum edib. Onların hərbçilərə hücumunun səbəbi hələlik müəyyən edilməyib.