Dəməşq hava limanında beynəlxalq uçuşlar yanvarın 7-dən bərpa ediləcək

Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əşhəd əs-Suleybi Dəməşq hava limanının 2025-ci il yanvarın 7-dən beynəlxalq uçuşları qəbul etməyə başlayacağını elan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Əşhəd əs-Suleybi bu qərarı açıqlasa da, hava limanının hansı aviaşirkətlərin uçuşlarını qəbul edəcəyini dəqiqləşdirməyib.

"Ərəb və digər xarici hava yollarını əmin edirəm ki, tərəfdaşlarımızın dəstəyi ilə Dəməşq və Hələb hava limanlarının fəaliyyətini tam bərpa etmək üçün çalışırıq," - deyə o bildirib.

Qeyd edək ki, 2024-cü ilin sonunda Dəməşq hava limanı daxili reyslərin bərpasını həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31