HƏMAS girov götürdüyü iddia edilən israilli qızın videosunu yaydı
4 Yanvar 2025 21:20 DünyaHAMAS özünün "Telegram" kanalında girov götürülmüş israilli qızın videosunu yayıb.
Özünü Liri Albaq kimi təqdim edən və 19 yaşında olduğunu deyən qız videoda bildirib ki, hazırda onun və digər girovların taleyi İsrail ordusunun Qəzza zolağını tərk edib-etməməsindən asılıdır.
Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin girov "450 gündən çox"dur əsir olduğunu bildirir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31