Cənubi Koreya qəzaya uğramış təyyarənin səsyazısını araşdırır
4 Yanvar 2025 21:09 DünyaCənubi Koreyada dekabrın 29-da baş verən təyyarə qəzası ilə bağlı müstəntiqlər "Boeing 737-800" təyyarəsindən çıxarılan səsyazıcının tam stenoqramını hazırlamağa çalışırlar.
Trend xəbər verir ki, bu təhlil qəzanın səbəblərinin daha dəqiq müəyyənləşdirilməsinə yardım edəcək.
Xatırladaq ki, dekabrın 29-da "Jeju Air" aviaşirkətinə məxsus təyyarə Muan hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 179 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31