İtaliyanın İrandakı səfiri XİN-ə çağırıldı

İran İtalyanın Tehrandakı səfiri Paola Amadeini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə "Tasnim" məlumat yayıb.Bildirilib ki, rəsmi Tehran bu addımı İtaliyanın İran vətəndaşı Məhəmməd Abedini həbsdə saxlamağa davam etməsinə etiraz olaraq atıb.

Qeyd edək ki, bundan əvvəl də İtaliya xarici işlər naziri Antonio Tacani jurnalist Sesiliya Salanın həbsinə görə, İran səfirini XİN-ə çağırmağı tapşırmışdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31