Rusiyadan Suriya açıqlaması
3 Yanvar 2025 18:50 DünyaSuriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir.
Olaylar.az axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" proqramına müsahibəsində deyib.
"Hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır", - Nebenzya vurğulayıb.
Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31