Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Suriya siqnallar göndərir"

"Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir".

Oxu.Az  xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır.

Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31