Fransada həbsxanada məhkum 4 nəfəri girov götürdü

Fransanın cənubundakı Arl kommunasında yerləşən həbsxanada bıçaqla silahlanmış məhkum üç nəfər tibb işçisi və nəzarətçi də daxil olmaqla, 4 nəfəri girov götürüb.Bakupost.az xəbər verir ki, bu barədə "La Provence" qəzeti məlumat yayıb.Hazırda onunla danışıqların aparıldığı bildirilsə də, tələblərinin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, 90-cı illərdə inşa olunan həmin cəzaçəkmə müəssisəsi 159 məhbusun saxlanılması üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31