Trampın otelinin qarşısında partlayış - Maskdan bomba iddiası - VİDEO

 

 

ABŞ-də 20 yanvarda prezidentlik kürsüsünə oturmağa hazırlaşan Donald Trampa aid Las-Veqasdakı otelinin qarşısında park edilmiş "Tesla" elektrikli avtomobili partlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Avtomobil əvvəlcə yanmağa başlayıb, daha sonra partlayış baş verib. Yangının səbəbi hələ məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

"Tesla"nın sahibi və Trumpın əsas dəstəkçilərindən olan ABŞ-lı iş adamı Elon Mask isə X sosial şəbəkəsində etdiyi açıqlamada, "Avtomobilin partlaması "Tesla"dan qaynaqlanmır. Bu, havaya atılan fişəklərdən və ya bombadan qaynaqlanıb. Bütün təcrübəli "Tesla" komandası bu hadisəni araşdırır,", deyə bildirib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31