Türkiyədə yarım milyon insanın iştirakı ilə AKSİYA
1 Yanvar 19:19 DünyaTürkiyənin İstanbul şəhərində Fələstinə dəstək məqsədilə keçirilən yürüşü 450 mindən çox adam qatılıb.
Bu barədə "Habertürk" məlumat yayıb.
Yürüşdə 400-ə yaxın ictimai təşkilat üzvünün iştirak etdiyi açıqlanıb.
Minlərlə insan Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qıldıqdan sonra "Dünən Ayasofya, bu gün Əməvi, sabah Əl-Əqsa məscidi" tipli şüarlar səsləndirərək Qalata körpüsünə doğru hərəkət edib.
Vəziyyətlə əlaqədar yürüşün təşkil olunduğu bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. /Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31