Zurabişvili Yeni ili küçədə etirazçılarla qarşıladı
1 Yanvar 2025 11:08 DünyaGürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Yeni ili ölkə parlamentinin qarşısında qeyd etmək qərarına gələn minlərlə etirazçıya qoşulub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:00-da etirazçılar parlament binasının qarşısına toplaşıb.
Gecə yarısı isə onlara Zurabişvili də qoşulub.
Aksiya dinc şəkildə baş tutub.
Qeyd edək ki, dekabrın 29-da S.Zurabişvilinin səlahiyyət müddəti bitib. Onu bu postda Mixail Kavelaşvili əvəz edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31