Daha bir rus şirkətinin təyyarəsi məcburi eniş etdi
30 Dekabr 2024 20:30 DünyaTümendən Krasnoselkupska uçan "Utair" aviaşirkətinin təyyarəsi, ekipajın nasazlıq barədə məlumat verməsindən sonra dekabrın 30-da səhər saatlarında Yamalo-Nenets Muxtar Dairəsində tək pərlə məcburi eniş edib.
Təyyarənin görüntülərini "Moy Krasnoselkupsk" "Telegram" kanalı paylaşıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda təyyarə uçuşlardan kənarlaşdırılıb. Tümenə əks-reys üçün ehtiyat təyyarə gözlənilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Saxalinsk-Novosibirsk sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31