Mask Rusiyanın Ayda AES-in yaradılması ideyasını “maraqlı” adlandırıb - ÖZƏL
29 Dekabr 2024 16:10 DünyaOlaylar.az xəbər verir ki, Amerikalı sahibkar və SpaceX kosmik texnologiya şirkətinin qurucusu İlon Mask 2033-2035-ci illərdə Aya Rusiya Atom Elektrik Stansiyasının çatdırılması perspektivini "maraqlı" adlandırıb.
O, özünün X səhifəsində yazıb.
Daha əvvəl Roskosmos Beynəlxalq Ay Tədqiqat Stansiyasının inkişafının Çin Milli Kosmik İdarəsi (CNSA) və digər ölkələrlə birlikdə həyata keçirildiyini və "Rusiya planlaşdırıldığı kimi, nüvə enerjisini çatdırmaq və quraşdırmaq yolu ilə layihəyə töhfə vermək niyyətində olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31