Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsi adlandırıldı – ÖZƏI
29 Dekabr 2024 16:02 DünyaUkrayna Avropanın ən korrupsiyalaşmış ölkəsi kimi xarakterizə olunub.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin "American Thinker" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Avropada korrupsiyanın ən yüksək həddə olduğu ölkə məhz Ukraynadır. "Hazırda Avropada Ukraynadan daha korrupsiyalaşmış ölkə yoxdur," - deyə mənbədə bildirilir.
Nəşr qeyd edir ki, korrupsiyadan əziyyət çəkən Ukrayna gələcəkdə ABŞ-yə yalnız maliyyə problemləri yarada bilər. Müəlliflərin fikrincə, əgər Ukrayna rəhbərliyi öz şəxsi mənfəətini ön plana çıxarmaqda davam edərsə, ABŞ-nin bu ölkəyə verdiyi müntəzəm dəstək əks-effekt yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31