Gürcüstanda etirazçılar parlament binası yaxınlığındakı prospekti bağlayıblar - ÖZƏL
29 Dekabr 2024 14:59 DünyaGürcüstan müxalifətinin tərəfdarları növbəti etiraz aksiyasına çıxıb və Tbilisidə küçəni bağlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.
Mənbənin məlumatına görə, etirazçılar Gürcüstan prezidentinin sarayından parlament binasına doğru hərəkət edərək, ona bitişik Rustaveli prospektini bağlayıblar.
Keçmiş prezident Salome Zurabişvilinin tərəfdarları ölkənin yeni lideri Mixail Kavelaşviliyə "qırmızı vərəqə" göstəriblər . Agentliyin müxbiri xəbər verir ki, ümumilikdə paytaxtda vəziyyət sakitdir.
Bundan əvvəl Zurabişvili Obreliani sarayını tərk edərək üç minə yaxın tərəfdarı tərəfindən alqışlarla qarşılanıb. Kavelaşvili and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31