Az maaşdan narazı olan şəxs iş yerində yanğın törətdi - ÖZƏL

Leninqrad vilayətindəki istehsalat bazasının işçisi maaşının az olmasından narazı qalaraq iş yerində yanğın törədib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəsmi Telegram kanalında məlumat verilib.

Yanğın nəticəsində Leninqrad vilayətinin Novopyatnitskoye kəndinin Mərkəzi küçəsində yerləşən ikimərtəbəli modul tipli binanın fasadı yanıb. Maddi ziyan təxminən 330 min rubl qiymətləndirilir. 35 yaşlı istehsalat müdiri hadisə barədə polisə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31