2000 nəfər Prezident Zuraşviliyə dəstək göstərdi – ÖZƏL

2024-cü ilin 29 dekabr səhəri, bazar günü, təxminən iki min nəfər Tbilisinin mərkəzindəki Orbeliani Prezident Sarayı qarşısına yığılaraq, Salome Zurabişvilinin çağırışına cavab verərək onun prezidentlik vəzifəsindən getməyəcəyini bildirdi.

Olaylar.az xəbər verir ki, Yaxın Şərq və Qafqaz üzrə mütəxəssis Stanislav Tarasov, "Abzas" nəşrinə verdiyi müsahibəsində Gürcüstanda baş verən hadisələrin inkişafının iki mümkün senarisini açıqlayıb. Onun sözlərinə görə, vəziyyətin necə yekunlaşacağını 29 dekabrın axşamına yaxın anlamaq mümkün olacaq.

"Polis iki min nəfəri çox tez dağıdacaq və onun müdafiəçisi olmayacaq. Lakin başqa şəhərlərdə də aksiyalar keçirilərsə, bu zaman etirazın kütləviliyi təəssüratı yaranacaq və iğtişaşlar başlaya bilər", - deyə Tarasov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31